AZ

Netanyahu gələn həftə ABŞ-a səfər edəcəyini təsdiqləyib

İsrail Baş naziri Benyamin Netanyahu növbəti həftə ABŞ-a səfər edəcəyi və Donald Trampla görüşəcəyi ilə bağlı xəbəri təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, Netanyahu Amerika rəsmiləri ilə təhlükəsizlik və ticarətlə bağlı məsələləri müzakirə edəcək.

Netanyahu deyib ki, gələn həftə ABŞ-da Prezident Tramp, vitse-prezident Jeyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Prezidentin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff və ticarət naziri ilə görüşlər keçirəcəyini vurğulayıb.

 

Seçilən
34
9
operativmm.az

10Mənbələr