AZ

"Sputnik Azərbaycan"la bağlı saxlanılanların sayı artdı - RƏSMİ

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) Daxili İşlər Nazirliyinin ( DİN) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

"Cebheinfo.az" APA-ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dünən DİN “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.

"Cebheinfo.az"

Seçilən
10
50
cebheinfo.az

10Mənbələr