Mingəçevirdə 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü, Goranboy rayon Goranlı kənd sakini Sabir Səlman oğlu Nəbiyevi zavodda söküntü işləri apararkən elektrik cərəyanı vurub.
Hadisə nəticəsində 34 yaşlı kişi həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.