Rusiya mətbuatı Kremlə istinadən xəbər verir ki, Rusiya diktatoru Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.
Onların sözlərinə görə, onlar “Ukrayna ətrafındakı vəziyyəti” müzakirə ediblər, xüsusən də Rusiya prezidenti vurğulayıb ki, Ukraynadakı müharibə guya “Qərb siyasətinin birbaşa nəticəsidir”. O, həmçinin söhbətdə Qərbi “Ukraynada uzun illər anti-Rusiya dayağı yaratmaqda”, “rusdilli sakinlərin hüquqlarının pozulmasına yol verməkdə, indi isə hərbi əməliyyatları uzatmaqda” ittiham edib.
//Samir Qurbanov, Editor.az