Magistral neft kəmərlərinin (MNK) elektrik təchizatı sxemi, elektrik işlədicilərinin etibarlıq kateqoriyasının tələblərinə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
MNK I kateqoriyalı elektrik təchizatı sahələrində, qida mənbəyi kimi müstəqil elektrik stansiyasından və ya müvafiq gücdə akkumulyator batareyasından istifadə edilə bilər. Üçüncü müstəqil qida mənbəyindən istifadəyə ehtiyac yarandıqda qoşulma avtomatik yerinə yetirilməlidir.