BAKI, 2 iyul. TELEQRAF
Şimali Koreyadakı Vonsan-Kalma sahil turizm zonası 1 iyul tarixindən etibarən yerli turistləri qəbul etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, turizm zonasında 400-dən çox bina ucaldılıb.
Turizm klasterinin tikintisinə Şimali Koreya lideri Kim Çen Inın şəxsən nəzarət etdiyi bildirilir.
Qeyd edək ki, turizm zonasının tikintisinin açılışı iyunun 24-də baş tutub. Burada yerləşən hotellər 20 min nəfər üçün nəzərdə tutulub.