AZ

Klublararası dünya çempionatı - 1/4 finalın təqvimi

style='margin-bottom:10px;'>

ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının 1/4 final mərhələsinin sonuncu iştirakçısı da müəyyənləşib.

QOL.az xəbər verir ki, 1/8 finalın son oyununda Dortmund “Borussiya”sı “Monterrey”lə (Meksika) qarşılaşıb. Oyun almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları “Borussiya”dan Qirassi (14, 24), “Monterrey”dən isə Berterame (48) vurublar.

Beləliklə, bu matçdan sonra 1/4 final da bütün cütlüklərə də aydınlıq gəlib.

1/4 final mərhələsinin cütlükləri və təqvimi 

(Oyunların başlama saat Bakı vaxtı ilə göstərilib)

4 iyul

23:00. “Palmeyras” (Braziliya) — “Çelsi” (İngiltərə)

5 iyul

05:00. “Fluminense” (Braziliya) — “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

20:00 — PSJ (Fransa) — “Bavariya” (Almaniya)

6 iyul

00:00. “Real Madrid” (İspaniya) — “Borussiya Dortmund” (Almaniya)

Seçilən
30
2
teleqraf.com

2Mənbələr