AZ

"Milan" isveçrəli futbolçu üçün 35 milyon avronu gözdən çıxardı

"Brügge" klubunun yarımmüdafiəçisi Ardon Yaşari karyerasını İtaliyada davam etdirə bilər.

Operativ Media "La Gazzetta dello Sport"a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 22 yaşlı isveçrəli ilə “Milan” maraqlanır. İtaliya klubu təklifini 35 milyon avroya qaldırıb.

Ötən mövsüm Yaşari 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 32 milyon avro qiymətləndirir.

Seçilən
47
2
operativmedia.az

10Mənbələr