AZ

KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib

Şöbəyə qəbul edilən xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Həmçinin 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər həşərat dişləməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Seçilən
22
5
report.az

10Mənbələr