AZ

İqtisadi Əməkdaşlıq Təşkilatı qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qadınların rəqəmsal bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılmalıdır".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) baş katibinin müavini Silapberdi Nurberdiyev Laçında ilk dəfə keçirilən qurumun Qadınlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır:

"Təşkilat qadınların dəstəklənməsi istiqamətində israrlıdır. Çünki qadınlar mühüm qərarların qəbul olunmasında vacib rol oynayır. Buna görə də onlar iqtisadi sahədə aktiv olmalıdır".

O əlavə edib ki, Forum qadının güclü iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu bir daha ortaya çıxaracaq:

"Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı və yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq. Həmçinin, elm və texnologiya sahəsini inkişaf etdirməliyik".

ECO rəsmisi vurğulayıb ki, təkcə ənənəvi deyil, müasir sahələrdə də qadınlara dəstək göstərilməlidir:

"Məsələn, texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəniyyət və idman sahəsində də qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməli, real fəaliyyət keçməliyik. Qadınlar arasında rəqəmsal bacarıqlar daha geniş yayılmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
7
oxu.az

10Mənbələr