AZ

Azərbaycanın lizinq şirkətinə yenidən maya qoyulur

Maliyyə lizinqi bazarında fəaliyyət göstərərn "Legion Financial" ASC hər birinin nominal dəyəri 100 manat olan 5500 ədəd adi, sənədsiz, adlı səhmlər buraxır.

FED.az xəbər verir ki, səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa lizinq şirkətinin nizamnamə kapitalı 550 min manat artaraq 4 milyon 200 min manata yüksələcəkdir. 

Ötən il "Legion Financial" ASC-nin nizamnamə kapitalı 1 milyon 405 min manat artırılaraq 3 milyon 650 min manata çatdırılmışdır. 

Qeyd edək ki, "Legion Financial" ASC 2023-cü ili 616 min manat, 2024-cü ili isə 1 milyon 214 min manat xalis mənfəət ilə bağlayıb. (Marja)

AzərbaycanınAzərbaycanınAzərbaycanın
Seçilən
7
1
fed.az

2Mənbələr