AZ

I Liqa klubu AFFA və PFL ə müraciət etdi

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanın I Liqa təmsilçisi “Baku Sporting” AFFA və PFL-ə müraciət edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Baku Sporting”in müraciətində bunlar qeyd edilib:

“Ötən mövsümdən futbol üzrə Birinci Liqada mübarizə aparan “Baku Sporting” bu mövsümdən etibarən ev matçlarını Buzovnadakı “Baku Sporting Arena”da keçirəcək. Bununla paralel, 2025/26-cı il mövsümündən etibarən klubumuz Buzovna qəsəbəsini təmsil edəcək. AFFA və PFL-dən xahiş edirik, bundan sonra “Baku Sporting”lə bağlı bütün rəsmi məlumatlarda Buzovna təmsilçisi olmağımız qeyd olunsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
14
futbolpress.az

10Mənbələr