AZ

 Zəfər toplusunda 250 müəllif birləşib

40-dan çox şəhidin, şə­hid ata­-ana­sı, qar­da­ş, bacılarının, müharibə əlili, veteran qazinin şeir, esse, publisist yazıları da topluya daxil edilib

Azər­bay­ca­nın Və­tən mü­ha­ri­bə­sin­də şan­lı Zə­fə­ri­nin 5 il­li­yi­nə həsr olu­nan “Zən­gə­zur ya­zar­la­rı­nın Zə­fər çə­lən­gi” toplusunda  Qər­bi və Şər­qi Zən­gə­zur böl­gə­si­ni əha­tə edən 9 ra­yon­da - Cəb­ra­yıl, Si­si­an,  Meğ­ri, Go­rus, Kəl­bə­cər, La­çın, Qa­fan, Zən­gi­lan, Qu­bad­lı­da do­ğu­lub ya­şa­mış, soy­kö­kü ilə bu tor­paq­la­ra bağ­lı olan 250 mü­əl­li­fin şe­ir, he­ka­yə, es­se, pub­li­sist ya­zı­la­rı, eləcə də müsahibə, roman və poemalarından parçalar top­la­nıb.

 “Zən­gə­zur” Cə­miy­yət­lə­ri İc­ti­mai Bir­li­yi­nin Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Agent­li­yi­nin do­nor­lu­ğu ilə re­al­la­şan eyni adlı layihəsi çərçivəsində buraxılan 412 səhifəlik kitabda ya­zı­la­rı top­la­nan mü­əl­lif­lər 12 - 92 yaş arasındakı ən müx­tə­lif pe­şə sa­hib­lə­ridir; mək­təb­li, tə­lə­bə, əs­gər, tə­qa­üd­çü, sü­rü­cü, fəhlə, mü­əl­lim, hə­kim, polis, mü­hən­dis, alim, jurnalist, döv­lət mə­mu­rudur. Ramiz Rövşən, Hidayət, Musa Urud, Rafiq Yusifoğlu, İsmayıl İmanzadə, Əvəz Mahmud Lələdağ, Flora Xəlilzadə, Aygün Attar, Mahirə Abdulla, Rəşad Məcid, Əlağa Cəfərov, Tamxil Ziyəddinoğlu, Fəxri Uğurlu, Nəriman Qasımoğlu, Vaqif Cəbrayılzadə, Adil Cəmil, Nəsiman Yaqublu, Şirindil Alışanlı, Əlirza Xələfli, Elçin Hüseynbəyli kimi tanınmış müəlliflərlə yanaşı, xeyli yazarın Zəfər ovqatlı şeir, hekayə, esseləri bu top­lu­da ilk dəfə təq­dim edilib.

Fərqli üslub, janrdakı ya­zı­la­rda mü­əl­lif­lə­rin Və­tən, Tor­paq, Döv­lət, Xalq, Ulu Ön­dər Heydər Əliyev, Müzəffər Ali Baş Ko­man­dan İlham Əliyev, Mil­li Or­du, Şə­hid, Qa­zi, Ata-Ana, Zən­gə­zur, Bü­töv Azər­bay­can, TU­RAN, Azər­bay­can -Tür­ki­yə sev­gi­si, xalqımızın son beş illik qürurlu yaşantı, duyğuları əks olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi və 23 saat davam edən anti-terror əməliyyatı zamanı etdiyi tarixi çıxışlarından sətirlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın feysbuk paylaşımları, qalib döyüş əhvali-ruhiyyəsinə güzgü tutan çoxsaylı fotolar da toplunun ümumi ruhu ilə həmahəngdir.

Toplu professor Mönsüm Alışovun  “Zəfər ovqatlı Ön sözü” ilə açılır. Qeyd olunur ki, kitabda adı, sö­zü ke­çən ya­zar­la­rın bə­zi­lə­ri xal­qı­mı­zın Zə­fər gün­lə­ri­ni gör­mə­dən və­tən həs­rə­ti­lə dün­ya­dan kö­çüb­lər, on­la­rın yurd həs­rət­li, nis­gil­li ya­zı­la­rı da nəş­rə sa­lı­nıb və 8 No­yabr Zə­fə­ri­nin mə­na, ma­hiy­yə­ti­ni, mənəvi dəyərini an­la­yıb nə­ti­cə çı­xar­maq, mü­qa­yi­sə­lər apar­maq üçün bu ya­zı­la­r xü­su­si əhəmiyyət daşıyır. Yaşadığımız şərəfli günlərin, ümüm­xalq fik­ri­nin, dü­şün­cə­si­nin bədii ini­ka­sı­ olan topludakı ədə­bi məh­sull­a­rın xey­li his­sə­si redaksiya heyətinin üzvləri, tər­tib­çi­lər tə­rə­fin­dən son beş ilin so­si­al şə­bə­kə, me­dia, in­ter­net ba­za­la­rın­dan ara­nıb, yı­ğı­lıb, se­çi­lib.

Almanaxın nüsxələri şəhid ailələrinə, müharibə  iştirakçılarına, ölkəmizin elm, təhsil, mədəniyyət müəssisələrinə, ictimai təşkilatlara, dövlət, qeyri-hökumət təşkilatlarına, KİV-lərə, hərbi hissələrə, müəlliflərə paylanır.

Daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə toplunun elektron variantı “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “zengezur.com” saytında yerləşdirilib: https://zengezur.com/KITABLAR/Almanax_yeni.pdf

Seçilən
25
ikisahil.az

1Mənbələr