AZ

İranın xarici işlər naziri: "Nüvə obyektlərinə ciddi ziyan dəyib"

"ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib".
 
Moderator.az xəbər verir ki, bu sözləri İranın XİN başçısı Abbas Əraqçı "CBS News" kanalına müsahibəsində deyib.
 
A.Əraqçı vurğulayıb ki, hələ heç kim Fordo nüvə obyektində nə baş verdiyini dəqiq bilmir.
 
"Hazırda bildiyimiz odur ki, obyektlərə ciddi və böyük ziyan dəyib. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı qiymətləndirmə və təhlillər aparır və bununla bağlı hökumətə hesabat təqdim olunacaq. Biz nüvə obyektinin yenidən işə salınmasının mümkün olub-olmaması və onların yenidən işə salınmasının mümkünlüyü ilə bağlı məsələnin qiymətləndirilməsini gözləməliyik" - deyə A.Əraqçı vurğulayıb.
Seçilən
110
50
moderator.az

10Mənbələr