AZ

İran və Avropa ölkələri arasında danışıqların yeni mərhələsinin vaxtı açıqlanıb

İran və “Aİ-3” ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) arasında İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı danışıqların yeni mərhələsi iyulun 25-də İstanbulda keçiriləcək.

APA xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi məlumat verib.

“Avropa ölkələrinin tələbinə cavab olaraq, İran üç avropalı iştirakçısı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib”, - o bildirib.

Onun sözlərinə görə, görüş İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İranı Məcid Təxt-Rəvançi və Kazım Qəribabadi təmsil edəcək.

Seçilən
21
18
apa.az

10Mənbələr