AZ

“Qarabağ” Avstriyaya yollandı

“Qarabağ” Avstriyaya yollanıb.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu hazırlığın növbəti mərhələsini Zell-Am-Seenin Kaprun bölgəsində keçəcək.

Qurban Qurbanovun komandası iyulun 16-dək Avstriyada təlim-məşq toplanışında olacaq. Ağdam təmsilçisi orada 4 sınaq matçına da çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.

Dörd gün sonra “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son matçı “Zalsburq”a qarşı olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda baş tutacaq.

Seçilən
18
32
msport.az

10Mənbələr