AZ

Bakıda həbs edilən həmin şəxsləri Ukrayna "qara siyahı"ya saldı

Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Ukraynanın "Mirotvorets" ekstremist resursunun məlumat bazasına daxil edilib.

Olaylar.az xəbər verir ki, bunu resursun saytındakı məlumatlar sübut edir.

Jurnalistlər iyulun 1-də, yəni Bakıda saxlandıqdan bir gün sonra saytın məlumat bazasına daxil edilib.

Ukrayna onları "qara siyahı"ya "müharibə təbliğatı" ilə məşğul olduqları üçün daxil edib.

Qeyd edək ki, hər iki şəxs barəsində Xətai rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
50
olaylar.az

10Mənbələr