AZ

AZPROMO: Turizm ECO ölkələri üçün vacib istiqamətlərindən biridir

Turizm sahəsi İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri arasında qarşılıqlı fəaliyyətin ən vacib və perspektivli istiqamətlərindən biridir.

"Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, ECO-ya üzv dövlətlər arasında tekstil sektoru əməkdaşlığın inkişafı üçün cəlbedici istiqamətlər sırasındadır: "Çünki təşkilatın bütün ölkələri bu sahədə böyük təcrübəyə malikdir".

O, ECO-nun Baş katibinin ölkələr arasında ticarətin təşviqi üçün strukturlar arasında mübadilə platformasının yaradılması təklifini yüksək qiymətləndirib: "Bu istiqamətdə tərəflər gələcək əməkdaşlıq üçün iş aparacaqlar. Bundan başqa, gələcəkdə birgə sərgilərinin keçirilməsi də istisna deyil".

Y.Abdullayev əlavə edib ki, növbəti görüşlərdə nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələsinə diqqət yetiriləcək.

Seçilən
10
1
report.az

2Mənbələr