İranın nüvə obyektlərinə əhəmiyyətli və ciddi ziyan dəyib. Fordoda baş verənlər barədə heç kimin etibarlı məlumatı yoxdur.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Əraqçi "CBS News"a bildirib.
O deyib ki, İranın Atom Enerjisi Təşkilatı vəziyyəti təhlil edir və hökumətə hesabat verəcək.
"Məndə dəymiş ziyanın miqyası barədə dəqiq məlumat yoxdur. Bu nüvə obyektlərinin fəaliyyətinin bərpasının mümkünlüyünü və məqsədəuyğunluğunu müəyyən etmək üçün qiymətləndirmənin nəticələrini gözləməliyik", - nazir bildirib.
Qeyd edək ki, 2025-ci il iyunun 21-dən 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri “Gecəyarısı çəkici” adlı hərbi əməliyyat keçirib. Əməliyyat İranın nüvə obyektlərini, o cümlədən Fordo uran zənginləşdirmə zavodunu, Natanz nüvə mərkəzini və İsfahan Nüvə Araşdırmaları Mərkəzini hədəfə alıb.