AZ

"Rus bölməsinin sayı getdikcə azalır" — AÇIQLAMA

"Hazırda Rusiya Federasiya ilə baş verən diplomatik gərginliyin və hadisələrin ölkə təhsilinə heç bir təsiri yoxdur. Qanunvericiliyə əsasən, ölkəmizdə digər dillər də tədris oluna bilər. Hazırda 4252 məktəb var və onlardan 320-dən çoxunda rus bölməsi var. Rus bölməsində kadr çatışmazlığı səbəbindən say getdikcə azalır".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil ekperti Elşən Qafarov deyib. 

Ekspert bildirib ki, xüsusilə 5-11-ci siniflərdə kəskin müəllim çatışmazlığı var:

"Valideynlər övladlarını Azərbaycan bölməsinə yazdırırlar. Baş verənlərin isə rusdilli təhsilə heç bir təsiri ola bilməz. Çünki Azərbaycanda təhsil prosesi qanunvericiliyə əsasən həyata keçirilir. Hər hansı ölkə ilə münasibətlərimizin yaxşı və ya pis olması təhsil prosesinə  təsir göstərməməlidir. Bu fikirlər yanlış və qəbuledilməzdir".

Qeyd edək ki, Rusiya ilə davam edən gərginlik fonunda rusdilli tədrisin ləğv edilməsi ilə bağlı iddialar var.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
22
demokrat.az

1Mənbələr