AZ

Türkanda işıq FIRILDAĞI – Sakinlərdən 35 min alıb, onları zülmətdə saxlayan şəxs KİMDİR? – VİDEO

Türkan qəsəbəsində yaşayan bir qrup şəxs mənzillərinə işıq çəkilməsi adı ilə aldadılıblar.

Bu iddia ilə Türkan qəsəbəsi Elzar Yusifov küçəsinin sakinləri Bizim.Media-ya müraciət ediblər.

Sakinlərin sözlərinə görə, kənd təssərrüfatı təyinatlı torpaqlarda yaşadıqları üçün onların mənzillərinə işıq çəkilməyib. Lakin ötən il iyun-avqust ayında həmin ərazidə alqı-satqı ilə məşğul olan Nizam adlı şəxs evlərə işıq çəkəcəyi vədini verib.
 

Sakinlər də zülmətdən aydınlığa çıxmaq həvəsi ilə bu deyilənlərlə razılaşıblar.


Ərazidə yaşayan Nizam adlı şəxs 30 nəfər sakindən ibarət “Whatsapp” qrupu açaraq, onlardan işıq çəkdirmək üçün təxminən 35 min manat pul toplayıb.

Sakinlərin şikayətinə görə, onlar həmin şəxsə müraciət etməyiblər, o özü sözügedən ərazidə torpağının, ofisinin, işinin olduğunu vurğulayaraq işıq çəkilməsinin tərəfdarı və bunun üçün də çalışdığını qeyd edib.
 

Şikayətçilər deyirlər ki, 10 aydan çox vaxt keçsə də, ərazidə basdırılan işıq dirəyi və transformatordan başqa heç nə yoxdur.


Sakinlər işığın nə zaman veriləcəyini soruşduqda isə Nizamın cavabı belə olur: “Bizim “Azərişıq” ASC-nə borcumuz var. Onlar hər gələn ayın biri işığın veriləcəyi ilə bağlı sakinlərə yalan vədlər verirlər”.

Sakinlər “Azərişıq” ASC-nə də şikayət etdiklərini, qurumdan həmin adamların “Azərişıq”-a 35 min manat borcu olduğunu deyiblər. Onlar “Azərişıq”ı da aldadıblar.

Məsələyə münasibət öyrənmək üçün Nizam adlı şəxslə əlaqə saxladıq.

O, həmin ərazidə kənd təssərrüfatı təyinatlı torpaqlar olduğunu, dövlətdən layihə alaraq əraziyə işıq çəkdiyini deyib:

“Ərazidə 144 ev var, qrup yaradılıb, cəmi 30 nəfər qrupa qoşulub. 144 nəfərin işini 30 nəfərlə həll etmək olar, yoxsa yox? Mən ərazinin yiyəsiyəm, layihə təqdim edib, dövlətdən layihə alıb, camaatla bir yerdə ərazini işıqlandırmışıq. Camaat da əvvəl dedi ki, hamımız birləşək, bütün işləri həll edək, indi isə bizi yarı yolda qoyublar. İndi bir neçə adam qaldı pis vəziyyətdə, onlardan biri də mənəm.

Çox şükür ki, bu gündən məsələmiz həll olunub. Artıq üç evə sayğac qoyulub. Layihəyə görə, 140-150 evə işıq çəkilməli idi, amma cəmi 30 nəfər qoşulub. Şikayətçilər baxsınlar ki, onların mənə verdiyi vəsaitlə orda iş görülüb, yoxsa yox…”

Soyadını gizli saxlayan və iş adamı olduğunu deyən şəxs yığılan pulun məbləğini isə açıqlamayıb.

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlamışıq.



Günay Şahmar, Bizim.Media

Seçilən
37
50
bizim.media

10Mənbələr