Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O bildirib ki, ancaq bu, üzərindən sükutla keçiləsi məsələ deyil:
"Azərbaycan Rusiyanın daxili işlərinə də müdaxilə etmədən öz soydaşlarının qanun çərçivəsində hüquqlarını müdafiə edir. Çünki Azərbaycanın vətəndaşlarının və bizim soydaşlarımızın Rusiyada fəaliyyəti, Rusiyanın qanunvericilik çərçivəsində olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin himayəsi altında olan bir yaşamdır. Və biz heç bir halda Rusiyanın daxili işlərinə müdaxilə etmirik".
Politoloqun sözlərinə görə, Azərbaycanın reaksiyasında Rusiyanın daxili işlərinə zərrə qədər belə müdaxilə əlaməti yoxdur:
"Azərbaycanın iddiası bundan ibarətdir ki, ölkədə cinayətkarlığa qarşı mübarizə cinayətkarın fiziki cəhətdən məhv edilməsi ilə yox, qanun çərçivəsində aparılmalıdır. Faktiki olaraq Rusiyanın hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat cinayətdə şübhəli şəxslərin zərərsizləşdirilməsi yox, fiziki məhv edilməsi əməliyyatı idi ki, bu da dünyanın beynəlxalq və milli qanunvericilik normalarına qətiyyən uyğun olmayan bir haldır.
Faktiki olaraq "cinayətkarlığa qarşı guya mübarizə" adı altında insanlar qətlə yetirilib. Bu, yol verilməzdir. Və Rusiyanın hakimiyyət orqanları buna aydınlıq gətirməlidirlər".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
demokrat.az"Şərait yaradılmalı, insanlar yad yerdə uğur qazanmaq dalınca qaçmamalıdır” — Partiya sədri ( 18943708)
-
demokrat.az"Rusiya telekanalları ölkəmizdə bloklanmalıdır" — Elçin Şıxlı ( 18908842)
-
demokrat.az"İnsanlar çimərlik üçün ödəniş edirsə, təmizliyə cavabdeh olmaq lazımdır" — Adil Qeybulla ( 18860932)
-
demokrat.azPolitoloq: Rusiya öz müttəfiqlərinə vassal kimi baxmağı adət edib ( 18859999)
-
demokrat.azPolitoloq: "Rusiya öz müttəfiqlərinə vassal kimi baxmağı adət edib" ( 18859885)
-
demokrat.az"Rusiyadan çıxarılacaq soydaşlarımızın Qarabağa köçürülməsinin layihəsi hazırlana bilər" —AÇIQLAMA ( 18854071)
-
sia.az"Ailəvi istirahət edənlər üçün giriş qiymətləri ciddi amildir" - EKSPERT ŞƏRH ETDİ ( 18777790)
-
demokrat.azRusiya Azərbaycanı yenidən öz təsir dairəsinə salmağa çalışır — Politoloq ( 18776557)
-
demokrat.azSabahdan yeni qanun qüvvəyə minir “İnsanlar əməl etməlidir” ( 18776458)
-
demokrat.azSabahdan yeni qanun qüvvəyə minir — “İnsanlar əməl etməlidir” ( 18774430)