AZ

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu başa çatıb

Laçın. Trend:

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO)Qadınlar Forumu başa çatıb.

Trend-in Laçınaezam olunmuş əməkdaşı xəbər verir ki, forum Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın vəİqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) baş katibinin müaviniSilapberdi Nurberdiyevin açılış nitqləri ilə başlayıb.

Daha sonra "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafındaQadınların rolu", "Şəhərsalmanın inkişafında qadınların rolu" və"Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzularına həsr edilmişpanel sessiyalar keçirilib.

Yekun nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradovavurğulayıb ki, forum əyan etdi ki, qadınların bilik və bacarıqlarıdayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır:

"Biz müxtəlif ölkələrdən fikir liderlərinin fikirlərinidinlədik. Bir araya gələrək qadınların yaşıl gələcəkdə rayondanbəhs etdik. Bir daha əmin olduq ki, qadınların bilik və bacarıqlarıdayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır.

Azərbaycan olaraq davamlı olaraq prinsiplərə sadiqik. Qadınlarıniştirakçılığı üçün əlimizdən gələni edəcəyik. Tədbirinkeçirilməsinə görə dəstək olanlara, İqtisadi ƏməkdaşlıqTəşkilatının üzv dövlətlərinin nümayəndələrinə təşəkküredirəm".

İƏT baş katibi Əsəd Məcid Xan isə ECO-nun tarixindən vəfəaliyyətindən danışıb. O, forum iştirakçılarına minnətdarlığınıbildirib və forumun məqsədlərinə nail olacağına ümid etdiyinivurğulayıb.

Seçilən
18
6
az.trend.az

10Mənbələr