AZ

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu başa çatıb

Laçın. TurkicWorld:

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu başa çatıb.

TurkicWorld xəbər verir ki, forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) baş katibinin müavini Silapberdi Nurberdiyevin açılış nitqləri ilə başlayıb.

Daha sonra "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların rolu", "Şəhərsalmanın inkişafında qadınların rolu" və "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzularına həsr edilmiş panel sessiyalar keçirilib.

Yekun nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova vurğulayıb ki, forum əyan etdi ki, qadınların bilik və bacarıqları dayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır:

"Biz müxtəlif ölkələrdən fikir liderlərinin fikirlərini dinlədik. Bir araya gələrək qadınların yaşıl gələcəkdə rayondan bəhs etdik. Bir daha əmin olduq ki, qadınların bilik və bacarıqları dayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır.

Azərbaycan olaraq davamlı olaraq prinsiplərə sadiqik. Qadınların iştirakçılığı üçün əlimizdən gələni edəcəyik. Tədbirin keçirilməsinə görə dəstək olanlara, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin nümayəndələrinə təşəkkür edirəm".

İƏT baş katibi Əsəd Məcid Xan isə ECO-nun tarixindən və fəaliyyətindən danışıb. O, forum iştirakçılarına minnətdarlığını bildirib və forumun məqsədlərinə nail olacağına ümid etdiyini vurğulayıb.

Seçilən
11
6
turkic.world

10Mənbələr