"Zirə" ilə müqaviləsinin müddəti başa çatmasa da, "qartallar"ı tərk etmək istəyən hücumçu Rafael Utsiqin aqibətinin necə olacağı qeyri-müəyyəndir.
Klubun sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, alman əsilli braziliyalı hələ Azərbaycan komandasının düşərgəsinə gəlməyib.
Xatırladaq ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov iki gün öncə "Qarabağ"la keçirdikləri yoxlama oyunundan (0:4) sonra Utsiqə xəbərdarlıq edildiyini və düşərgəyə qayıdacağı halda, məsuliyyətsizliyinə görə böyük məbləğdə cərimə ediləcəyini bildirib.
Nihat