BAKI, 2 iyul. TELEQRAF
“ABŞ silah tədarükünü dayandırdıqdan sonra Ukraynanın müttəfiqi olmaqdan çıxıb”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya deyib.
“Hazırda ABŞ müttəfiqimiz deyil. Tramp indi Rusiyaya Dnepr və Sumıya doğru irəliləməyə kömək edir”, - siyasətçi bildirib.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” mənbələrə istinadla ABŞ-nin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi, dəqiq idarəolunan döyüş sursatları, “Hellfire” idarəolunan raketləri, “Stinger” portativ raket sistemləri və bir sıra digər silahların tədarükünü dayandırdığı barədə məlumat yaymışdı.