AZ

İki qadın qətlə yetirilibVİDEO

Mobil telefonda oyun oynamaq üstündə qan tökülüb, ana qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Xaçmazın Qadaşoba kəndində, Lətifovlara məxsus fərdi yaşayış evində baş verib.

İddialara görə, 15 yaşlı oğlan uzun müddət telefonda oyunlara aludə olduğundan, anası, 43 yaşlı Kifayət Lətifova cihazı ondan alıb. Bu zaman ana və övladı arasında yaranan mübahisə dəhşətli qətllə bitib.

Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Kifayət Lətifovanın kəsici alətlə qətlə yetirilməsi ilə bağlı araşdırmalar zamanı onun oğlu, 15 yaşlı yeniyetmə cinayət əməlini törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Faktla bağlı  araşdırmaları aparılır.

Sumqayıtda isə bıçaqlanan qadın xəstəxanada ölüb. Rövşən Bağırovun həyat yoldaşı, 40 yaşlı Aygün Bağırovanı qətlə yetiridiyi bildirilir.

Xəsarət alan qadın xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı isə saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
15
xezerxeber.az

10Mənbələr