AZ

Klublararası DÇ-nin qalibi olmağa əsas namizədin adını açıqladı - Superkompüter

“Opta” superkompüteri 1/8 final mərhələsinin başa çatmasından sonra komandaların Klublararası dünya çempionatında qalib olmaq şanslarını qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi”nin qələbə ehtimalı 26,8, PSJ-nin 24,9, “Real”ın isə 16,9 faiz hesablanıb.

Ən aşağı şanslar “Fluminense” (1,5 faiz) və “Palmeyras”da (3 faiz) olub.

Superkompüter “Çelsi”nin “Palmeyras”la oynayacağı 1/4 final matçında (74,8 faiz) digərlərindən daha inamlı olacağını hesab edir.

“Fluminense” 1/4 finalda “Əl-Hilal”, PSJ “Bayern”, “Real” isə “Borussiya” (Dortmund) ilə qarşılaşacaq.

Seçilən
18
50
sportinfo.az

10Mənbələr