AZ

BMT-dən İranın qərarına reaksiya

  İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarı bizi narahat edir.

Bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib. O, bildirib ki, İranın bu qərarını böyük təəssüf hissi ilə qarşılayıb.

“Biz rəsmi qərarı gördük, bu açıq-aydın narahatlıq doğurur. Düşünürəm ki, baş katib İranı MAQATE ilə əməkdaşlığa çağırmaqda israrcı olub”, – o deyib.

Düjarrik qeyd edib ki, İran bu barədə BMT-nin razılığını almayıb və gözlənilmədən belə bir qərar verib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl Tehranla MAQATE arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb. Qanun prezidentin imzaladığı andan qüvvəyə minib./Globalinfo.az  

Seçilən
15
referans.az

1Mənbələr