“Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Selye” ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 10-da, Bakıda – “Bank Respublika Arena”da keçiriləcək.
Bu matç üçün biletlərin satışa çıxarıldığını yazmışdıq. Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun “Football-plus.az”a verdiyi məlumata görə, indiyə qədər 2000-ə yaxın bilet satılıb.
Xatırladaq ki, biletlərin satışı “iticket.az” saytı vasitəsi ilə həyata keçirilir. Biletlər tezliklə “Bank Respublika Arena”nın kassalarında da satışda olacaq.
Onu da bildirək ki, oyun saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta