AZ

“Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Mançester Siti” üzərində qələbə qazanan (4:3) “Əl-Hilal”ın futbolçuları fantastik məbləğdə mükafat alıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Globo Esporte” nəşri məlumat yayıb.

Belə ki, klub prezidenti Fahad bin Nafel matç başa çatdıqdan az sonra paltardəyişmə otağında mükafatı açıqlayıb.

Mənbənin məlumatına görə, oyundan sonra hər bir futbolçuya 2 milyon Səudiyyə rialı (452 min avro) mükafat verilib.

Qeyd edək ki, “Əl-Hilal” 1/4-də Braziliyanın “Fluminense” komandası ilə qarşılaşacaq. Matç 4 iyulda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
50
qafqazinfo.az

10Mənbələr