AZ

Ursula fon der Leyen etimadsızlıqla üzləşib

Avropa Parlamenti iyulun 10-da Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçirəcək...

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində etimadsızlıq səsverməsi ilə üzləşəcək.

Poliqon “Euractiv” portalına istinadən xəbər verir ki, səsvermə iyulun 10-da Strasburqda keçiriləcək.

Səsvermənin təşəbbüskarı Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) fraksiyasına daxil olan Rumıniyanın ifrat sağçı “Rumınların Azadlığı Alyansı”ndan (AUR) Avropa Parlamentinin deputatı Georqe Piperea olub.Deputat təklifi ötən həftə 74 imza ilə Avropa Parlamentinə təqdim edib. Daha sonra bir neçə Avropa deputatı dəstəyini geri götürsə də, Piperea iyulun 2-də 79 imza topladığını bildirib. Bu, prosedurun başlanması üçün minimum hədddən bir qədər çoxdur.

Nəşrin mənbəsinin məlumatına görə, Avropa Parlamentinin sədri Roberta Metsola təklifin reqlamentin bütün tələblərinə uyğun olduğunu təsdiqləyib. Etimadsızlıq məsələsinin müzakirəsi iyulun 8-də keçiriləcək. Səsvermənin özü iyulun 10-da plenar iclasda baş tutacaq.

Hazırkı hesablamalara görə, təşəbbüsün lazımi səs çoxluğunu toplamaq şansı son dərəcə kiçikdir.

Poliqon.info

Seçilən
110
31
poliqon.info

10Mənbələr