Bu ilin yanvar-may aylarında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 19,1 faiz artaraq 330,2 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Gürcüstana ixrac: 278,8 milyon dollar (+15,3 faiz)
Gürcüstandan Azərbaycana idxal: 51,4 milyon dollar (+44,9 faiz)
Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 1,57 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi