AZ

Dövlət Vergi Xidmətinin xətti dövlət büdcəsinə daxilolmalar 422 milyon manat artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinədaxilolmalar 8,7 milyard manat olub.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumaat görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə422 milyon manat və ya 5,1 çoxdur. Belə ki, 2024-cü ilin ilk altıayında DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8,3 milyardmanat olmuşdu.

Qeyd edək ki, DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalarproqnozdan 466,4 milyon manat və ya 5,7% çox olub.

Məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun ayları üzrədövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1milyard manat təşkil edib.

Seçilən
17
50
az.trend.az

10Mənbələr