AZ

Azərbaycan və Özbəkistan Prezidentləri milli komandalara görə təbrikləşdi

Azərbaycan Prezidenti İlham Əliyev futbol üzrə Özbəkistan milli komandasının dünya çempionatının final mərhələsinə çıxması münasibəti ilə Özbəkistanı təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu haqda İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında bildirilib.

Prezident İlham Əliyev deyib:

“Həmçinin qardaş Özbəkistanı tarixi hadisə - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim.

Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir.

Bu nailiyyət həm də çox böyük potensialdan - insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir.

Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycanı da təmsil edəcəksiniz”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Prezident İlham Əliyevi Azərbaycanın minifutbol komandasının dünya çempionu olmasına görə təbrik edib:

“İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur.

Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik”.

Seçilən
20
50
sportinfo.az

10Mənbələr