Vətəninfo.az xəbər verir ki, dünən İranın ali rəhbəri Əli Xameneyi “X” hesabında paylaşım edərək yazıb ki, “ABŞ prezidenti bəyanatlarında İranın təslim olmalı olduğunu deyib”.
“Onun sözləri həqiqəti üzə çıxardı: Amerikalılar inqilabının əvvəlindən islami İranla qarşıdurma içərisindədirlər. Hər dəfə yeni bəhanə tapırlar – nüvə proqramı, insan haqları, raketlər… Bununla belə, məsələnin mahiyyəti İranın təslim olmasından başqa bir şey deyil”, – deyə, Xameneyi bildirib.