AZ

“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub (FOTO)

Bakı. Trend:

Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunmasıvə dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbirkeçirilib.

Trend xəbərverir ki, Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əksetdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşriictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətininsədri, millət vəkili Zahid Oruc, kitabın müəllifləri – AzərbaycanMilli Kulinariya Assosiasiyasının (AMKA) sədri, əməkdar mədəniyyətişçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, əməkdar mədəniyyətişçisi Oruc Əliyev, layihənin rəhbəri, Bakı Dövlət Universitetinindosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli və əməkdarjurnalist Telli Pənahqızı iştirak ediblər. Tədbirdə çıxış edənlərkitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edərək, onunAzərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından önəminivurğulayıblar.

STM İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib ki,kitab həm tariximizin, həm də mədəni irsimizin qorunması baxımındanmühüm vəsaitdir:

“Azərbaycan mətbəxi milli kimliyimizin daşıyıcısıdır. Kitabvasitəsilə biz təkcə bir regionun yeməklərini deyil, həm dəunudulmaqda olan tarixi-mədəni yaddaşı yenidən gündəmə gətiririk.İrəvan xanlığının mətbəxi eyni zamanda Azərbaycanın min illərləyaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmətedir.”

Kitabın müəlliflərindən biri, tanınmış kulinariya eksperti TahirƏmiraslanov təqdimat zamanı vurğulayıb ki, “İrəvan xanlığınınmətbəxi” yalnız reseptlər toplusu deyil, həm də dərintarixi-etnoqrafik tədqiqat əsəridir:

“Kitabda 413 yemək və içkinin resepti, onların hazırlanmatexnologiyası, istifadə olunan məhsullar və alətlər ətraflı təsvirolunub. Biz arxivlərdə araşdırmalar aparmışıq, yaşlı nəsilləmüsahibələr etmişik. Məqsədimiz saxtalaşdırılan tarixi düzgüngöstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünyaictimaiyyətinə çatdırmaqdır.”

Kitabın layihə rəhbəri Qivami Rəhimli isə qeyd edib ki, əsəryalnız mətbəx haqqında məlumat verməklə kifayətlənmir, həm də millimədəni yaddaşı, regionun sosial və tarixi kontekstini oxucuyatəqdim edir:

“Biz bu kitab vasitəsilə İrəvan xanlığının gündəlik həyatını,məişətini, təsərrüfat sistemini və mədəni reflekslərini oxucuyaçatdırmağa çalışmışıq. Bu həm də Azərbaycanın qədim dövlətçiliktarixinin bir parçasının süfrə üzərindən təqdim olunmasıdır.”

Əməkdar jurnalist Telli Pənahqızı çıxışında bildirdi ki, bulayihə Azərbaycanın mədəni təhlükəsizliyi və mədəni diplomatiyasıbaxımından strateji əhəmiyyətə malikdir:

“İrəvan xanlığının adətləri, ənənələri, yaşam tərzi kitabdayaşayır. Mətbəximiz təkcə milli özünütəsdiqin deyil, həm də mədənimüqavimətin bir vasitəsidir. Bu əsər eyni zamanda, gələcəknəsillərə miras buraxılacaq mədəni kodların daşıyıcısıdır.”

Təqdimatda tanınmış ictimai xadimlər, mədəniyyət tədqiqatçılarıvə akademik dairələrin nümayəndələri də iştirak edərək fikirlərinibölüşüblər.

Çıxışlarda vurğulanıb ki, bu cür nəşrlər təkcə mədəni irsindeyil, həm də tarixi həqiqətlərin qorunmasında mühüm roloynayır.

Qeyd olunub ki, kitabın ingilis dilində nəşri beynəlxalq elmidairələr üçün yeni tədqiqat imkanları açır. İştirakçılar butəşəbbüsü milli ideologiyanın və mədəni diplomatiyanın təzahürükimi qiymətləndiriblər. Eyni zamanda, vurğulanıb ki, mətbəxmədəniyyəti üzərindən tarix yazmaq müasir mədəni təhlükəsizlikstrategiyasının bir hissəsidir.

Kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindəndeportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslananməlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardanistifadə ediblər. Əsərin strukturu kulinariya reseptlərindənsavayı, tarixi izahlar və sosial kontekstə dair qeyd və analizləridə əhatə edir. Bu yanaşma kitabı həm də ensiklopedik səciyyədaşıyan bir mənbəyə çevirir.

Kitabın ingilis dilinə tərcüməsi onun daha geniş beynəlxalqauditoriyaya çıxmasına, Azərbaycanın mətbəx mədəniyyətinin dünyaictimaiyyətinə doğru təqdim olunmasına imkan yaradır. Tədbiriştirakçıları qeyd ediblər ki, bu nəşr, Azərbaycan mədəniyyətininbeynəlxalq səviyyədə təbliğində yeni bir mərhələ açacaq.

Sosial Tədqiqatlar Mərkəzində keçirilən təqdimat bir dahanümayiş etdirdi ki, Azərbaycan öz mədəni irsinə sahib çıxmaqlayanaşı, İrəvanın əsl tarixi simasının – Azərbaycan şəhəri olduğuhəqiqətinin də beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçünprinsipial və ardıcıl mövqe nümayiş etdirir.

“İrəvan
“İrəvan
“İrəvan
“İrəvan
“İrəvan
“İrəvan
Seçilən
22
9
az.trend.az

10Mənbələr