AZ

Ərdoğanın Xankəndiyə səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

"Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, dövlət başçısı iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılacaq.

Onun sözlərinə görə, R.T.Ərdoğan sammit çərçivəsində bir sıra görüşlər keçirəcək.

“Dayanıqlı və iqlim dəyişikliklərinə dözümlü gələcək üçün yeni iqtisadi əməkdaşlıq təşkilatı vizionu” mövzusunda təşkil olunacaq Zirvə toplantısında iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatda islahatlar mövzuları ilə bağlı üzv ölkələr arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Cənab Prezidentimiz zirvə toplantısında çıxış edəcək və liderlərlə görüşlər keçirəcək. Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Respublikası kimi müşahidəçi ölkələr və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər”, - F.Altun vurğulayıb.

Seçilən
7
50
bakuinfo.net

10Mənbələr