AZ

Masallıda yol qəzasında iki nəfər xəsarət alıb

Masallıda yol qəzasında xəsarət alanlar var.

Masallıda minik avtomobili ilə mikroavtobus toqquşub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Masallı rayonunun Təzə Alvadı kəndində baş verib. "Ford Transit" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
50
apa.az

10Mənbələr