ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 iyul, AZƏRTAC
Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a verilən məlumata görə, komissiyanın yeni tərkibində MOK-un iki üzvü də yer alır.
Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Avropa Olimpiya Komitələrinin (AOK) eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü seçiliblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.