AZ

Ermənistandan Konstitusiya dəyişikliyi ilə bağlı rəsmi açıqlama

Ermənistan Konstitusiyasının yeni mətni tam hazır deyil.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.
“Mətnin hazırlanmasının ideoloji əsasları ətrafında müzakirə aparılmalıdır. Konstitusiya İslahatları Şurasının razılığı şəklində müvafiq qərarlarımız olduqda, mətni tamamlayacağıq, siz də biləcəksiniz”, - nazir jurnalistlərə bildirib.

Qalyanın sözlərinə görə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsi də müzakirə olunacaq: “Bütün məsələlər şura ilə müzakirə olunmalıdır”.

Qalyan vurğulayıb ki, Konstitusiya İslahatları Şurası yaxın iki həftə ərzində iclas keçirəcək.
Seçilən
4
24
sherg.az

10Mənbələr