AZ

Ulduz futbolçu və qardaşı avtomobil qəzasında yanaraq öldü

“Liverpool” komandasının portuqaliyalı ulduz futbolçusu Diogo Jota avtomobil qəzasında həyatını itirib.

Hedftelik.az-ın Marca-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 03.00 radələrində İspaniyada Zamor bölgəsində A-52 magistralının 65-ci km-də baş verib.

28 yaşlı Diogo Jota və özü kimi futbolçu olan qardaşı 26 yaşlı Andre Silvanın olduğu “Lamborghini” markalı minik avtomobili başqa bir avtomobili ötmə əməliyyatı edərkən təkəri partlayaraq yoldan çıxıb.

Avtomobil yol kənarındakı maneəyə çırpılaraq yanıb.

Seçilən
27
21
heftelik.az

10Mənbələr