AZ

Qəzada ölən hücumçu Azərbaycan millisinə də qol vurubmuş...

Avtoqəza nəticəsində həlak olan Dioqo Jota 2019-cu ildən formasını geyindiyi Portuqaliya millisində 49 oyunda 14 qol vurub.

Sportinfo.az xəbər verir ki, o, komandasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində 2021-ci il sentyabrın 7-də Bakıdakı Olimpiya stadionunda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldiyi oyunda da fərqlənmişdi.

Portuqaliya millisinin heyətində bir dünya və iki Avropa çempionatında çıxış edən Jota 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasının qalibi olmuşdu.

Klub karyerasına gəlincə, 2020-ci ildən "Liverpul"da çıxış edən mərhum futbolçu daha əvvəl "Pakoş de Ferreira", "Porto" və "Vulverhempton"un formasını geyinib. 2016-cı ildə Madrid "Atletiko"su ilə də müqavilə bağlasa da, bu komandada oynamaq ona nəsib olmayıb - digər klublara icarəyə verilib.

Hücumçu və sol vinger mövqelərində oynamış Jota 5 mövsüm ərzində "Liverpul"da ümumilikdə 182 oyunda 65 qol vurub. 2024-cü ilin yanvarında Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.

"Liverpul"la 2022-ci ildə FA kuboku və EFL kubokunu qazanıb və UEFA Çempionlar Liqasının finalçısı, 2025-ci ildə isə Premyer Liqanın qalibi olub.

"Vulverhempton"un heyətində 2019-cu ildə Avropa Liqasında "Beşiktaş"la (4:0), "Liverpul"da 2020-ci ildə Çempionlar Liqasında "Atalanta" (5:0) ilə het-trik etdiyi matçlar ən yaxşı oyunları kimi xatırlana bilər.

Jota yüksək sürəti və driblinq bacarığı ilə seçilirdi.

Seçilən
27
12
sportinfo.az

10Mənbələr