AZ

Frankfurt “Ayntraxt”ı Yonatan Burkardtla gücləndi

Frankfurt “Ayntraxt”ı 24 yaşlı alman mərkəz hücumçusu Yonatan Burkardtı “Maynts”dan tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə “Ayntraxt”ın rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Frankfurt klubuna 21 milyon avro məbləğ müqabilində başa gəlib.

Yonatan Burkardt “Maynts”ın məzunudur və böyük futbolda ancaq “karnavalçılar” üçün oynayıb.

2024/2025-ci illər mövsümündə Burkardt “Maynts” üçün 30 oyuna 19 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Burkardtın “karnavalçılar” üçün çıxışının ümumi mənzərəsi isə 144 oyun, 45 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Yonatan Burkardt 2024-cü ilin oktyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” intternet-portalı 24 yaşlı alman mərkəz hücumçusunun transfer dəyərini 35 milyon avro məbəğində qiymətləndirir.

Seçilən
12
4
arena.az

10Mənbələr