AZ

Liverpul dan Jotanın ailəsinə jest 2 il ərzində...

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Liverpul" klubu faciəli şəkildə dünyasını dəyişən Dioqu Jotanın ailəsini dəstəkləmək üçün futbolçunun müqaviləsinin müddəti ərzində ona iki illik maaşını tam ödəmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

Mərhum futbolçunun titullu klubla müqaviləsinin bitməsinə düz iki il qalıb. Bu, "Liverpul"un ilk jesti deyil. Klub Jota üçün "20 nömrə"ni əbədiləşdirib.

Xatırladaq ki, Dioqu Jota və onun qardaşı Andre Silva İspaniyada avtomobil qəzasında həlak olublar. Qəza iyulun 3-də saat 00:30 radələrində baş verib. Qəzaya səbəb portuqaliyalının “Lamborghini” markalı avtomobilinin digər avtomobili ötərkən təkərinin deşilməsi olub.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
29
fanat.az

10Mənbələr