İngiltərə nəhəngi ''Liverpul''un portuqaliyalı ulduzu Dieqo Jotanın ölümü futbol dünyasında əsil şok effekti verdi.
Məlum olduğu kimi 28 yaşlı futbolçu 26 yaşlı qardaşı ilə birlikdə keçirdikləri dəhşətli qəzanın ardından yaşanan yanğında həyatlarını itiriblər. Özü də tanınmış futbolçu bəlkə də karyerasının və həyatının ən xoşbəxt anlarını yaşayırdı. Çünki o, geridə qoyduğumuz mövsümdə ''Liverpul'' ilə ölkə çempionluğunu qazanmış, ötən ayın əvvəllərində Portuqaliya ilə Millətlər Liqasının qalibi olmuş və ən əsası iyunun 23-də 3 uşağının anası Rute Kardoso ilə ailə həyatı qurmuşdu. Jota toyundan sonra verdiyi açıqlamada özünü dünyanın ən şanslı adamı adlandırmışdı.
Bu arada Portuqaliyanın ''Rekord'' nəşrinin yazdığına inansaq, ''Liverpul'' Jotanın müqaviləsindən qalan ikiillik maaşı onun ailəsinə ödəmək qərarına gəlib. Klub bu çətin dönəmdə futbolçunun ailəsinə maddi və mənəvi dəstək verməklə böyük alqış qazanıb.
Bundan başqa ''Liverpul''un Jotanın geydiyi ''20'' nömrəli formanı əbədiləşdirdiyini də bildirək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta