AZ

Rusiya Poltavaya dron zərbələri endirib, 28 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Rusiya Ukraynanın Poltava şəhərinə hücumu nəticəsində 28 nəfər xəsarət alıb.

APA "Unian"a istinadən xəbər verir ki, Şəhər Şurasının katibi Katerina Yamşikova bildirib.

Onun sözlərinə görə, yaralılardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.

***

12:59

Rusiya Ukraynanın Poltava şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb.

APA xəbər verir ki, 10 nəfərin isə yaralandığı bildirilir.

***

11:57

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Poltava şəhərinə dron zərbələri endirib.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Hücum nəticəsində bir neçə ərazidə yanğın baş verib.

Təəssüf ki, ölənlər və yaralananlar var, xüsusən də mülki şəxslər. Zərərçəkənlər haqqında əlavə məlumat veriləcək, - Baş qərargahdan bildirilib.

Seçilən
10
3
apa.az

4Mənbələr