Putinin ofisi onun Trampla telefon danışığının məzmununu açıqlayıb.
Bu barədə prezidentin köməkçisi Yuri Uşakov telefon danışığının baş tutması ilə bağlı məlumat verib.
O bildirib ki, Putin həmkarını sabah ABŞ-da qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib və Rusiyanın Amerika dövlətçiliyinin inkişafında mühüm rol oynadığını qeyd edib.
“Təbii ki, Ukrayna məsələsi müzakirə olunub. Tramp hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini yenidən gündəmə gətirib. Putin qeyd edib ki, biz münaqişənin siyasi və danışıqlar yolu ilə həllini axtarmaqda davam edirik”, – Uşakov vurğulayıb.
Müzakirə olunan mövzulara Suriya, İran və bütövlükdə Yaxın Şərqdəki vəziyyət də daxil edilib. Prezidentlər arasında şəxsi görüş məsələsinə toxunulmayıb. Putinlə Tramp arasında söhbət bir saat davam edib.
Uşakov dəstəyi birinci kimin yerə qoyduğunu bilmədiyini açıqlayıb:
“İlk olaraq telefonu kimin qapdığını söyləmək mümkün deyil. Yəqin ki, son olaraq tərcüməçilər sağollaşıblar”, – Uşakov bildirib./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta