AZ

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldacaq

ABŞ dövlət katibi Marko Rubio Suriyaya qarşı sanksiyaların daha da yumşaldılmasını mümkün hesab edib.

"Report"un məlumatına görə, bu barədə Rubionun Suriya xarici işlər naziri Asaad aş-Şeybani ilə söhbətinin nəticələrinə dair ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.

Xarici siyasət idarələrinin rəhbərləri ABŞ tərəfindən Suriyaya qarşı sanksiyaların əhəmiyyətli hissəsinin ləğv edilməsini müzakirə ediblər. "Dövlət katibi təsdiq edib ki, o, Suriya ilə əlaqəli terrorçuların siyahısına [bu və ya digər şəxslərin] daxil edilməsi ilə bağlı ABŞ və BMT səviyyəsində qəbul edilmiş qərarların yenidən nəzərdən keçirilməsi üçün növbəti addımları nəzərdən keçirəcək", - bəyanatda vurğulanır.

Bununla yanaşı, Rubio bildirib ki, ABŞ Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və ona yaxın şəxsləri sanksiyalardan azad etmək niyyətində deyil.

Seçilən
10
50
report.az

10Mənbələr