AZ

İtaliya və Cənubi Koreyada ölümə səbəb olan istilər: Onlarla insan xəstəxanalıq olub

Bakı. Trend:

İtaliyada bir həftədən artıq davam edən qızmar istilər azı beşnəfərin ölümünə səbəb olub.

Trend xəbər verirki, bu barədə The Guardian nəşri məlumat yayıb.

Xüsusilə Sardiniya adasında temperatur 40 dərəcəni ötüb. İtaliyaSəhiyyə Nazirliyi istilərlə əlaqədar 18 şəhərdə maksimum təhlükəsəviyyəsi olan “qırmızı xəbərdarlıq” elan edib.

Oxşar hava şəraiti Cənubi Koreyada da insan tələfatı ilənəticələnib. Yonhap agentliyinin məlumatına görə, ölkədə ekstremalistilər nəticəsində beş nəfər ölüb, 600-dən çox sakin günvurmadiaqnozu ilə həkimə müraciət edib.

Hazırda Cənubi Koreyada gündüz saatlarında temperatur ortahesabla 35 dərəcəyə çatır.

Hər iki ölkədə hakimiyyət orqanları sakinlərə günün istisaatlarında açıq havada uzun müddət qalmamağı və ehtiyattədbirlərinə əməl etməyi tövsiyə edir.

Seçilən
88
18
az.trend.az

10Mənbələr